Çalhanoğludan yeni rekord
13.11.2023 - 15:51
Çalhanoğludan yeni rekord

Hakan Çalhanoğlu yeni rekorda imza atıb.

Apasport.az xəbər verir ki, “İnter”in 29 yaşlı yarımmüdafiəçisi “Frosinone” ilə qarşılaşmada fərqlənməklə adını Türkiyə futbolunun tarixinə yazıb.

İtaliya A seriyasında sayca 37-ci qolunu vuran Türkiyə millisinin kapitanı bununla da Şükrü Gülesinin rekordunu qırıb. 1977-ci ildə vəfat edən Gülesin “Latsio” və “Palermo” forması ilə çıxdığı 79 oyunda 36 qol vurub. 

Qeyd edək ki, Çalhanoğlu “İnter”dən başqa  İtaliyada “Milan” klubunun da formasını geyinib.

writer photo
Əlirza Əlirzalı
0