Cəlal Hüseynovun komandası son turu qələbə ilə başa vurdu
28.05.2024 - 10:15
Cəlal Hüseynovun komandası son turu qələbə ilə başa vurdu

Bolqarıstan çempionatında mövsümə yekun vurulub.

Apasport.az xəbər verir ki, azərbaycanlı futbolçu Cəlal Hüseynovun komandası “Arda” da sonuncu matçına çıxıb.

Sözügedən komanda 36-cı tur çərçivəsində səfərdə “Botev”lə qarşılaşıb. “Arda” bu görüşdə 1:0 hesablı qələbəyə sevinib.

Cəlal da bu matçın iştirakçısı olub. O, 83-cü dəqiqədə meydana buraxılıb.

“Arda” 51 xalla mövsümü 8-ci pillədə başa vurub.

writer photo
Əlirza Əlirzalı
0