"Napoli"nin hücumçusu Viktor Osimhen "Çelsi"nin transfer hədəfidir.
Apasport.az “Tribal Football”a istinadən xəbər verir ki, britaniyalılar nigeriyalı qolkiperin alınması üçün 90 milyon avro ayırmağa hazırdırlar.
Lakin bu məbləğ neapallıları qane etmir. İtaliya klubu futbolçunun satışından təxminən 130 milyon gəlir əldə etməyi planlaşdırır.
Xatırladaq ki, 25 yaşlı forvard İtaliya çempionatında cari mövsüm 17 oyun keçirib. Osimhen 11 qol vurub, 3 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Viktorun müqaviləsi 2026-cı ilin yayına qədərdir və onun bazar dəyəri 110 milyon avro olaraq qiymətləndirilir.