İngiltərə Premyer Liqasında “Çelsi” ilə bağlı araşdırmalar aparılacaq.
Apasport.az saytı xəbər verir ki, offşor şirkətlərinə gizli ödəmələrin qeydə alınması məlumatları yayılıb.
Bu barədə London klubunun yeni rəhbəri Todd Bouli UEFA və İPL-ə ətraflı məlumat verib. Roman Abramoviçin rəhbərliyi dövründə “zadəganlar” transferlər zamanı gizli hesablara ödəmələr edib və bu illik hesabatlarda göstərilməyib. Əgər qanunsuzluqlar sübuta yetirilərsə, “Çelsi” ciddi xal itkisi və yüksək məbləğdə cərimələr gözləyir.
Qeyd edək ki, UEFA maliyyə “feyr-pley”i və liseziyalaşdırma qaydalarını pozduğuna görə, 10 milyon avro cəzalandırıb.
“Çelsi” cəza ala bilər - Abramoviçə görə
08.08.2023 - 23:48
0
0