“Çelsi” İspaniyadan futbolçu alır
11.10.2022 - 00:51
“Çelsi” İspaniyadan futbolçu alır

“Vilyarreal”ın futbolçusu Yeremi Pino karyerasını İngiltərədə davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, ispaniyalı yarımmüdafiəçinin xidmətində “Çelsi” maraqlıdır.

London klubu Pinonu mövsümlərarası fasilədə heyətinə qatmaq istəyir. O, müqaviləsi başa çatacaq Meyson Mauntu əvəzləməlidir. Sonuncu ilə anlaşmanın uzadılmayacağı gözlənilir.

Qeyd edək ki, Pino cari mövsümün 9 oyununda 1 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0