"Çelsi"-"Lids" qarşılaşmasında insident baş verib
29.02.2024 - 18:19
"Çelsi"-"Lids" qarşılaşmasında insident baş verib

İngiltərə kubokunun 5-ci turu çərçivəsində "Çelsi" "Lids"lə qarşılaşıb. 

Apasport.az xarici KİV-ə istinadla xəbər verir ki, matçın ilk hissəsində "Stamford Bric"də insident baş verib. "Lids" azarkeşi yuxarı tribunadan yıxılıb. Təcili tibbi yardım zərərçəkən azarkeşə yardım edib.

"Lids" klubu hadisə ilə bağlı araşdırmaya başlanıldığını açıqlayıb. 

Xatırladaq ki, “Çelsi” “Lids”ə 3:2 hesabı ilə qalib gələrək İngiltərə Kubokunun 1/4 finalına yüksəlib. 

writer photo
Əlirza Əlirzalı
0