“Çelsi” onun transferini rəsmiləşdirdi
17.01.2023 - 14:02
“Çelsi” onun transferini rəsmiləşdirdi

İngiltərənin “Çelsi” klubu daha bir futbolçunun transferini rəsmiləşdirib.

Apasport.az saytı xəbər verir ki, Almaniya "Leypsiq"inin fransalı hücumçusu Kristofer Nkunku bu yay London komandasına keçəcək. 

Bu məlumatı “zadəcanlar”ın idman direktoru Maks Eberl də təsdiqləyib: “O, iyulda "Çelsi"nin futbolçusu olacaq”.

2019-cu ildən alman klubunun şərəfini qoruyan 25 yaşlı oyunçu bu mövsüm 29 oyunda 17 qol və 6 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0