“Çelsi” Pulişiçə qiymət qoydu
30.11.2022 - 18:00
ABŞ millisinin futbolçusu Kristian Pulişiçin qış transfer pəncərəsində klubunu dəyişə bilər.
Apasport.az saytının məlumatına görə, “Çelsi” yarımmüdafiəçisi satmağa razılıq verib.
İngiltərə təmsilçisi onun üçün tələb edəcəyi məbləği müəyyənləşdirib. Pulişiçi heyətində görmək istəyən klub 45 milyon avro ödəməli olacaq.
Qeyd edək ki, cari mövsüm “Çelsi”də 22 matça çıxan Kristian 2 qol və 3 assistə imza atıb.
0
0