İngiltərənin “Çelsi” klubu davam edən mövsümün sonunda Çempionlar Liqasına vəsiqə qazana bilməsə, komanda maliyyə feyr-pley qaydalarını pozmaq riski ilə üzləşə bilər.
Apasport.az saytı xəbər verir ki, London təmsilçisinin yeni sahiblərinin rəhbərliyi altında “zədəganlar” bu mövsüm transferlərə 323-ü qışda olmaqla, bonuslar və kredit müqavilələri də daxil 600 milyon funt sterlinqdən çox vəsait xərcləyib.
Onlar UEFA tərəfindən Avropada bu mövsüm xərcləmələri diqqətlə izlənilən 19 klubdan biridir. Səbəb UEFA-nın fövqəladə hallar səbəbindən komandaları cəzalandırmadığı koronavirus dövründəki maliyyə problemləridir.
Qeyd edək ki, "Çelsi" Premyer Liqada 20 matçdan sonra 29 xalla 10-cu pillədə qərarlaşıb.