"Çelsi" transferlərə doymur - FOTO
21.01.2023 - 01:57
"Çelsi" transferlərə doymur - FOTO

"Çelsi" PSV-dən 20 yaşlı sağ cinah hücumçusu Noni Maduekeni heyətinə qatıb.

Apasport.az xəbər verir ki, London klubu Nigeriya əsilli ingiltərəli futbolçu ilə 7,5 illik müqavilə imzalayıb.

Mətbuatın yazdığına görə, transferin məbləği 35 milyon avro təşkil edib.

Qeyd edək ki, Nono Madueke əvvəllər London futbol klublarının akademiyalarında çıxış edib. O, "Kristal Pelas", "Tottenhem"dən sonra PSV-yə gedib. 2018-ci ildən PSV-də olan futbolçu Niderland klubunda 80 oyun keçirib, 20 qol vurub və 14 məhsuldar ötürmə edib.

Xatırladaq ki, "Çelsi" qış transfer pəncərəsi zamanı daha əvvəl Benua Badyaşil, Juau Feliks (icarə), Mixail Mudrık, David Datro Fofana və Andrey Sentusu transfer edib.

writer photo
Əlirza Əlirzalı
0