"Çelsi" və "Milan" ingilis müdafiəçi üçün mübarizə aparacaq
04.03.2024 - 10:37
"Çelsi" və "Milan" ingilis müdafiəçi üçün mübarizə aparacaq

Hüquqları Belçikanın "Gent" klubuna məxsus olan müdafiəçi Arçi Brauna transfer bazarında böyük tələbat var.

Apasport.az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.

Mənbənin məlumatına görə, 21 yaşlı ingilis futbolçunun xidmətində bir neçə klub maraqlıdır. Futbolçu uğrunda "Milan", "Yuventus" və "Çelsi" klubları mübarizə aparacaq.

Belçika təmsilçisi futbolçu ilə 20 milyon avroya ayrılmağa hazırdır.

Qeyd edək ki, Braun 2023-cü ilin yayından “Gent”də çıxış edir. Müdafiəçinin müqaviləsi 2027-ci ilin ortalarına qədər nəzərdə tutulub. Bu mövsüm Arçi bütün turnirlərdə 29 matçda iştirak edib, 2 məhsuldar ötürmə edib.
 

writer photo
Əlirza Əlirzalı
0