"Çelsi" yeni transferini icarəyə verdi
12.08.2024 - 14:21
"Çelsi" yeni transferini icarəyə verdi

Premyer Liqa təmsilçilərindən "Çelsi" müdafiəçisi Kaleb Uayli "Strasbur"a icarəyə verib.

Apasport.az xəbər verir ki, bu barədə Fransa klubunun saytı məlumat yayıb.

ABŞ millisinin üzvü ilə müqavilə 2024/25 mövsümünün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, "Çelsi" 19 yaşlı oyunçunu bu ilin iyulunda "Atalanta"dan transfer edib.

writer photo
Əlirza Əlirzalı
0