“Çelsi” “Zalsburq”dan onu gətirir
19.09.2022 - 00:12
“Çelsi” “Zalsburq”dan onu gətirir

“Çelsi”də yeni təyinat rəsmiləşəcək.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu idman direktoru vəzifəsinə yeni mütəxəssis cəlb edir.

“Zalsburq”da çalışan Kristof Froyndla danışıqlar aparan londonlular keçidi reallaşdırmağa yaxındır. Bu menecer sonradan böyük ulduz olan əksər futbolçuların Avstriya klubuna gətirməsi ilə tanınıb. O, Erlinq Haland, Sadio Mane və Dayo Upamekanonu Zalsburqun eyniadlı təmsilçisinə gətirib.

Qeyd edək ki, “Çelsi”nin şərikli sahibi Todd Bouli “Zalsburq” modelinin pərəstişkarıdır.
 

writer photo
Əlirza Əlirzalı
0