“Çelsi”də Potter getdi, Saltor gəldi
03.04.2023 - 09:55
“Çelsi”də Potter getdi, Saltor gəldi

İngiltərə Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib.

Apasport.az saytının məlumatına görə, “Çelsi” baş məşqçisi Qrem Potterlə yollarını ayırıb.

47 yaşlı mütəxəssislə müqaviləyə xitam verilib. Baş məşqçi vəzifəsi müvəqqəti Bruno Saltora həvalə olunub.

Potter 2022-ci ilin sentyabrında “Çelsi”nin baş məşqçisi təyin edilmişdi. “Brayton”u tərk edən mütəxəssis 5 illik anlaşmaya imza atsa da, cəmi 7 ay bu postda qalıb.

Qeyd edək ki, “Çelsi” Potterin rəhbərliyi altında 31 matçda 12 qələbə qazanıb, 8 heç-heçə edib və 11 dəfə uduzub. Premyer Liqada 28 oyunda 38 xal toplayan komanda 11-ci sırada qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0