“Çelsi”də “təmizləmə”
02.09.2022 - 09:24
“Çelsi”də “təmizləmə”

“Çelsi” transfer pəncərəsinin son günündə daha iki futbolçusu ilə vidalaşıb.

Apasport.az saytının məlumatına görə, baş məşqçi Tomas Tuxelin planlarına daxil olmayan oyunçulardan biri satılıb, digəri icarəyə verilib.

Müdafiəçi Dyudjon Sterlinq icarə əsasında “Stok Siti”də çıxış edəcək. O, mövsümün sonunadək Çempionşip klubunda oynayacaq. “Blekpul”, “Uiqan” və “Koventri”də də olmuş müdafiəçi 4-cü klubuna icarəyə verilib.

Billi Gilmor “Brayton”a transfer olunub. 21 yaşlı şotlandiyalı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb. Onun üçün 9 milyon funt sterlinq ödənilib.

Qeyd edək ki, iyunun 10-da açılan transfer pəncərəsi sentyabrın 1-də bağlanıb.
 

writer photo
Əlirza Əlirzalı
0