“Çelsi”dən Lukakuya yeni şans
26.04.2023 - 19:50
“Çelsi”dən Lukakuya yeni şans

Maurisio Poçettinonun “Çelsi”nin baş məşqçi postuna mümkün təyinatı Romelu Lukakunun gələcək karyerasına təsir edə bilər.

Apasport.az saytının məlumatına görə, hazırda “İnter”də icarədə olan belçikalı hücumçunun London klubunda yenidən şans qazanması gözlənilir.

Forvardın özü Milan təmsilçisində qalmaq istəyindədir. Amma “Çelsi” rəhbərliyi onunla görüşmək və durumu müzakirə etməyi planlaşdırır.

Qeyd edək ki, hazırda müvəqqəti baş məşqçi Frenk Lempardın çalışdırdığı “Çelsi” Poçettinonu yayda bu posta gətirmək istəyir. Tərəflər bir neçə dəfə görüşərək müqaviləni müzakirə edib. Təyinatın yaxın günlərdə açıqlanacağı gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0