“Çelsi”dən Verner qərarı
28.07.2022 - 16:59
 “Çelsi”dən Verner qərarı

“Çelsi”nin futbolçusu Timo Vernerin taleyinə aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, Almaniya millisinin hücumçusu daha bir il İngiltərə klubunda çıxış edəcək.

Komandanın baş məşqçisi Tomas Tuxel həmyerlisini heyətdə saxlamağa qərar verib. Hücumçunun yayda klubunu dəyişəcəyi gözlənilirdi. Onun xidmətində “Yuventus”, “Nyukasl” və “Leypsiq” maraqlı idi.

Qeyd edək ki, Verner 2020-ci ilin yayından London klubunda forma geyinir.
 

writer photo
Əlirza Əlirzalı
0