“Çelsi”nin futbolçuları heyətə döndü
19.01.2023 - 13:17
“Çelsi”nin futbolçuları heyətə döndü

“Çelsi”nin zədəli futbolçuları Ris Ceyms və Bencamin Çiluell məşqləri bərpa edib.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun mətbuat xidməti açıqlayıb.

Əsas heyət üzvlərinin sıraya dönməsinin böhranda olan London klubunun durumuna müsbət təsir edəcəyi gözlənilir. Ris dekabrın 27-də “Bornmut”la qarşılaşmada (2:0) zədələndiyi üçün əvəzləndikdən sonra meydana çıxmayıb. Müdafiəçi bundan əvvəl də zədədən əziyyət çəkdiyi üçün İngiltərə millisi ilə DÇ-2022-yə yollanmayıb.

Çiluell noyabrın əvvəlində xəsarət alıb. O, təxminən 2,5 ay komandadan ayrı düşüb.

Qeyd edək ki, hər iki futbolçunun Premyer Liqanın XXI turunda iştirakı gözlənilir. “Çelsi” yanvarın 21-də “Liverpul”la görüşəcək.

writer photo
Əlirza Əlirzalı
0