“Çelsi”nin müdafiəçisi İtaliyaya gedir
19.08.2022 - 23:22
“Çelsi”nin müdafiəçisi İtaliyaya gedir

“Çelsi”nin futbolçusu Trevo Çaloba karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, müdafiəçi icarəyə verilməsini istəyir.

Komandaya yeni arxa xətt oyunçusu alınan kimi Çaloba başqa kluba keçəcək. Londonlular “Lester”dən Uesli Fofananı heyətinə qatmaq istəyir.

Çaloba isə “İnter”in transfer siyahısındadır. O, Milan təmsilçisinin almaq istədiyi üç oyunçudan biridir.

Qeyd edək ki, A seriyası təmsilçisi Manuel Ananci və Françesko Açerbini də sıralarına qatmaq fikrindədir. 
 

writer photo
Əlirza Əlirzalı
0