“Çelsi”nin Neymar planı
20.10.2022 - 18:38
“Çelsi”nin Neymar planı

“Çelsi”nin 2023-cü ilin yay transfer pəncərəsi üçün planı bəlli olub.

Apasport.az saytının məlumatına görə, İngiltərə klubu Neymarı transfer etmək istəyir.

Braziliyalı ulduzun şərəfini qoruduğu PSJ hücumçunu bu yay “Çelsi”yə təklif edib. Həmin vaxt Neymarın maaşının bir hissəsini ödəmək istəməyən London klubu onu icarəyə götürmək istəməyib.

Artıq “zadəganlar”ın mövqeyi dəyişib. Klub rəhbərliyi onun 40 milyon avro təşkil edən maaşını tam ödəməyə razıdır. Lakin Premyer Liqa klubu onu icarəyə götürmək deyil, keçidini rəsmiləşdirmək istəyir.

Qeyd edək ki, 2017-ci ildən PSJ-də çıxış edən braziliyalının müqaviləsi 2025-ci ilin yayında başa çatacaq.
 

writer photo
Əlirza Əlirzalı
0