“Çelsi”nin qış hədəfləri
30.12.2023 - 15:12
“Çelsi”nin qış hədəfləri

“Çelsi”nin qış transfer hədəfləri məlum olub. 

Apasport.az xəbər verir ki, London təmsilçisinin siyahısında “Napoli”nin hücumçusu Viktor Osimhen və “İnter”in forvardı Lautaro Martines var. 

İngiltərə klubu daha üç futbolçuya maraq göstərir. Paytaxt təmsilçisi həm də Mett Keş (“Aston Villa”), Giorgi Mamardaşvili (“Valensiya”) və Unay Simonla (“Atletik”) maraqlanır. 

Qeyd edək ki, Osimhen bu mövsüm “Napoli”nin heyətində bütün yarışlarda 17 oyun keçirib, 8 qol vurub, 3 məhsuldar ötürmə edib. 26 yaşlı Martines A Seriyasında 16 oyuna çıxıb, 15 qol vurub və 2 məhsuldar ötürmə verib.

writer photo
Əlirza Əlirzalı
0