“Çelsi”nin sahibi “Strasburq”u aldı
22.06.2023 - 23:46
“Çelsi”nin sahibi “Strasburq”u aldı

“Çelsi”nin sahibi Todd Bouli Fransada da klub alıb.

Apasport.az saytı xəbər verir ki, onun rəhbəri olduğu DNCG şirkəti “Strasburq”un səhmlərini əldə edib.

Bu barədə Fransa təmsilçisinin prezidenti Mark Kelli məlumat verib. O, danaışıqlar nəticəsində hazırki vəzifəsini icra edəcəyini bildirib. Bəzi xəbərlərə görə, Bouli klubun bütün səhmlərinə sahib çıxıb. 

Qeyd edək ki, “Strasburq” Fransa çempionatını 40 xalla 15-ci pillədə başa vurub.
 

writer photo
Əlirza Əlirzalı
0