“Çelsi”nin Vaşinqton istəyi – 10 milyonluq fərq
05.08.2023 - 12:03
“Çelsi” heyətini yeni futbolçu ilə gücləndirir.
Apasport.az saytı xəbər verir ki, London klubu "Santos"un hücumçusu Devid Vaşinqtona elçi düşüb.
Braziliyalılarla danışıqlara start verən “zadəganlar” 18 yaşlı gənc hücumçu üçün qarşı tərəfə bonuslarla birgə 20 milyon avro təklif edib. Avropanın top-komandalarının diqqət mərkəzində olan forvardını mümkün qədər baha qiymətə satmağa hazırlaşan “Santos” rəhbərliyi isə futbolçusuna 30 milyon avro qiymət qoyub.
Qeyd edək ki, ötən mövsümdən əsas komandaya cəlb olunan gənc forvard “Santos” formasıyla 22 matçda 6 qol vurub.
0
0