“Çelsi”nin yeni baş məşqçisinin maaşı açıqlandı
09.09.2022 - 09:21
“Çelsi”nin yeni baş məşqçisinin maaşı açıqlandı

“Çelsi”nin baş məşqçisi təyin olunan Qrem Potterin qazanacağı məbləğ bəlli olub.

Apasport.az saytının məlumatına görə, 47 yaşlı böyük britaniyalı ildə 13,8 milyon avro maaş alacaq.

O, beş illik müqaviləsi müddətində ümumilikdə 69 milyon əldə edəcək. “Çelsi” Potterin əvvəlki komandası “Brayton”a 17,2 milyon kompensasiya ödəyib.

Qeyd edək ki, Potter London klubunda istefaya göndərilən Tomas Tuxeli əvəzləyib.
 

writer photo
Əlirza Əlirzalı
0