Çempionlar Liqasını qazanmaq “Real”a baha başa gəldi
30.05.2022 - 23:32
Çempionlar Liqasını qazanmaq “Real”a baha başa gəldi

“Çelsi” Eden Azar üçün “Real”dan daha 15 milyon funt sterlinq bonus alacaq.

Apasport.az saytının məlumatına görə, buna səbəb “kral klubu”nun Çempionlar Liqasını qazanması olub.

Belçika millisinin üzvü qitənin ən nüfuzlu klub turnirində madridlilərin heyətində cəmi 84 dəqiqə oynamasına baxmayaraq, komandanın zəfəri “zadəganlar”ın büdcəsini genişləndirəcək. Azar ötən mövsüm “Şerif” (66 dəqiqə), “İnter” (10) və PSJ ilə (8) görüşlərdə iştirak edib.

“Liverpul”la final matçında iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.

Qeyd edək ki, Eden Azar üç il ərzində “Real”da 66 oyun keçirib, 6 qol vurub. Onun transferi ispanlara bonuslarla birlikdə 130 milyon funt sterlinqə başa gəlib.

writer photo
Əlirza Əlirzalı
0