Cenk Tosun “Beşiktaş”da qalmaq istəmir
05.10.2023 - 18:49
Cenk Tosun “Beşiktaş”da qalmaq istəmir

“Beşiktaş” Cenk Tosunu yola gətirə bilmir.

Apasport.az xəbər verir ki, “qara qartal” 32 yaşlı hücumçunun müqaviləsini artırmaqda çətinlik yaşayır.

İstanbul klubunun illik 1,1 milyon avro maaş təklifinə mənfi cavab verən “Tosun paşa” son olaraq klub prezidenti Ahmet Nur Çebi ilə görüşüb. İstanbul klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacaq Türkiyə millisinin üzvünü prezident də dilə tuta bilməyib. Forvardın ABŞ klublarından gələn təkliflərə diqqət ayırdığı bildirilir.

Qeyd edək ki, bu mövsüm 8 matçda iştirak edən Cenk Tosun 1 qol və 1 assistə sahibdir.

writer photo
Əlirza Əlirzalı
0