Çexiya – İsveçrə oyununa PROQNOZ
02.06.2022 - 11:42
Çexiya – İsveçrə oyununa PROQNOZ

Millətlər Liqasında günün oyunları A liqasında baş tutacaq.

Apasport.az saytının məlumatına görə, İspaniya və Portuqaliyanın üz-üzə gələcəyi 2-ci qrupun digər matçında Çexiya İsveçrəni qəbul edəcək.

Futbol eksperti Yevgeni Moravski bu görüşlə bağlı proqnoz verib:

Düşünmürəm ki, hər iki komanda qrupdakı əsas rəqiblərinin İspaniya və Portuqaliya olduğunu başa düşmür. Bu üzdən də onlar əsas diqqəti məhz favoritlərə yönəldəcək.

Çexlər bütün komandanın ona oynadığı ulduz hücumçu Patrik Şikin xidmətindən məhrumdur. İndi isə Çexiya üçün yeganə stimulverici qüvvə doğma divarlar arasında oynaması olacaq.

Qonaq statusunda olmasının İsveçrəni dayandıracağını düşünmürəm. Onlar bu görüşdə uduzmamalıdır. Çünki meydan sahibləri istənilən halda müdafiədən təşkil olunan əks-hücum futbolu oynayacaq. Bundan da qonaq yığma yararlanmalıdır.

Əgər çexiyalılar konsentrasiyalı və etibarlı oynasalar, öz qapısından çox sayda qol buraxmaya da bilər. Meydan amili üstünlüyü də çexlərə heç nə təmin etmir. 

Amma əlbəttə ki, meydan sahibləri üçün heç-heçə pis nəticə olmaz. Qolların minimal sayı, əgər o da olsa, bu matç üçün ən uyğun variantdır.

Proqnozum: Alt
 

writer photo
Əlirza Əlirzalı
0