Paraqvay millisinin sabiq qapıçısı Xose Luis Çilavert ölkə prezidentliyinə namizədliyini irəli sürüb.
Apasport.az saytının məlumatına görə, bunu futbol veteranının özü açıqlayıb.
O, sosial şəbəkələrdəki paylaşımında bəyan edib ki, 2023-cü ildə keçiriləcək seçkilərdə namizəd olacaq: “Düşündüm və Paraqvayda ən yaxşısını qurmaq üçün məsuliyyət hiss etdim. Qərara gəldim ki, bizim xalqın yenidən öz ölkəsi ilə fəxr edə bilməsi üçün ölkə prezidenti postuna namizədliyimi rəsmiləşdirim”.
Qeyd edək ki, karyerası ərzində 62 qol vuran Çilavert futbol tarixində het-trikə imza atan yeganə qapıçıdır.