Coşqun Diniyevin komandasından qələbə
12.11.2023 - 00:52
Coşqun Diniyevin komandasından qələbə

Türkiyənin 1-ci liqasında XII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Coşqun Diniyevin formasını geyindiyi “Ümraniyəspor” səfərdə “Şanlıurfaspor”un qonağı olub.

Milli futbolçumuz Coşqun Diniyev 1:0 hesabıyla qalib gəldikləri matça start heyətdə başlayıb və sonadək meydanda qalıb. O, 20-ci dəqiqədə sarı vərəqə alıb.

Qeyd edək ki, “Ümraniyəspor” hazırda 12 xalla 14-cü pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0