ÇSKA 19 yaşlı əlcəzirli ilə anlaşdı
20.02.2024 - 14:58
ÇSKA 19 yaşlı əlcəzirli ilə anlaşdı

Yarımmüdafiəçi Sid Əhməd Aissaoui Moskva təmsilçisi ÇSKA ilə müqavilə imzalayıb.

Apasport.az klubun mətbuat xidmətinə istinadla xəbər verir ki, 19 yaşlı əlcəzairli ilə müqavilə 2025/26 mövsümünün sonuna kimi nəzərdə tutulub və daha iki il də uzadılması mümkündür. Futbolçu 9 nömrəli forma ilə mübarizə aparacaq. 

Aissaoui "USM Alger" gənclər komandasında oynayıb və eyni zamanda gənclərdən ibarət milli komandada 6 oyun keçirərək 1 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0