Daha bir baş məşqçi "Fənərbaxça" ilə oyundan sonra istefa verdi
18.01.2024 - 19:24
Daha bir baş məşqçi "Fənərbaxça" ilə oyundan sonra istefa verdi

Türkiyənin 1-ci Liqa təmsilçisi "Adanaspor"un baş məşqçisi Mustafa Kaplanın müqaviləsinə xitam verilib.

Apasport.az xəbər verir ki, bu barədə klubun rəsmi sosial media hesabında məlumat verilib.

Kaplanın gedişi ilə bağlı narıncı-ağlı klubun açıqlaması belədir: "Məşqçi Mustafa Kaplanla qarşılıqlı razılaşma əsasında yollarımızı ayırdıq. Mustafa Kaplan və komandasına indiyə qədər göstərdikləri səylərə görə təşəkkür edirik”.

Qeyd edək ki, region təmsilçisi Türkiyə Ziraat Kubokunun 5-ci turunda "Fənərbaxça"ya 6:0 hesabı ilə məğlub olub. 

Bundan öncə isə "Konyaspor"un baş məşqçisi Hakan Keleş 7:1 hesabı ilə uduzduğu "Fənərbaxça" matçından sonra istefa etmişdi. 

writer photo
Əlirza Əlirzalı
0