Braziliya millisinin baş məşqçisi Tite müdafiəçi Dani Alveşi dünya çempionatına qədər komandada saxlamaqda qərarlıdır.
Apasport.az saytının məlumatına görə, çalışdırıcının əsas şərti 39 yaşlı cinah oyunçusunun tezliklə özünə yeni klub tapmasıdır.
“Barselona”dan ayrılan Alveş hazırda azad agent statusu daşıyır. Onunla “Flamenqo” və “Fluminense” danışıq aparsa da, tərəflər maaş məsələsində razılığa gələ bilməyiblər. Bununla belə, futbolçunun Braziliyanın digər klublarından, eləcə də ABŞ və yaxın Şərqdən təklifləri var.
Dani Alveş dünya çempionatında meydana çıxsa, Braziliya yığmasının mundiallar tarixində ən yaşlı oyunçusu olacaq.
Qeyd edək ki, DÇ-2022 noyabr-dekabr aylarında Qətərdə keçiriləcək.