Darvinin durumuna aydınlıq gəldi
21.10.2022 - 00:01
Darvinin durumuna aydınlıq gəldi

“Liverpul”un futbolçusu Darvin Nunyesin durumuna aydınlıq gəlib.

Apasport.az saytının məlumatına görə, bunu İngiltərə klubunun baş məşqçisi Yurgen Klopp açıqlayıb.

Almaniyalı mütəxəssis bildirib ki, “Vest Hem”lə Premyer Liqa görüşündə xəsarət alan hücumçunun zədəsi ciddi deyil: “Oyunun fasiləsində əzələ problemi üzə çıxdı. İkinci hissə başlayandan az sonra qaçdıqda əziyyət çəkdiyini gördüm. Riskə getmək istəmədəyimizdən onu əvəzlədik. Onu vaxtında meydandan çıxardıq”.

Qeyd edək ki, 1:0 hesablı qələbədə həlledici qolun müəllifi olan uruqvaylı 57-ci dəqiqədə əvəzlənib.

writer photo
Əlirza Əlirzalı
0