DÇ-2022: Portuqaliyalı futbolçu üçün qrup mərhələsi bitdi
28.11.2022 - 13:41
DÇ-2022: Portuqaliyalı futbolçu üçün qrup mərhələsi bitdi

Qətərdə keçirilən dünya çempionatında iştirak edən Portuqaliya millisi itki ilə üzləşib.

Apasport.az saytının məlumatına görə, müdafiəçi Danilo Pereyra sıradan çıxıb.

Ayağında ağrıları olan 31 yaşlı arxa xətt oyunçusu mundialın qalan matçlarını buraxa bilər. Həkimlər PSJ-nin futbolçusunun qrup mərhələsinin son iki görüşündə komandasına kömək edə bilməyəcəyinin dəqiq olduğunu açıqlayıb. Qrup matçlarının ardından komanda mərhələ adlayarsa, Pereyra yenidən tibbi müayinədən keçəcək.

Qeyd edək ki, DÇ-2022-nin H qrupunda yer alan Portuqaliya yığması II turda bu gün Uruqvayla qarşılaşacaq. Avropa təmsilçisi ilk görüşdə Qana üzərində 3:2 hesablı qələbə qazanıb.
 

writer photo
Əlirza Əlirzalı
0