De Bruyne matçın oyunçusu seçilməsini adı ilə bağladı
24.11.2022 - 12:49
DÇ-2022-nin I turunun Belçika - Kanada matçının ən yaxşı oyunçusu seçilən Kevin De Bruyne maraqlı açıqlama verib.
Apasport.az saytı xəbər verir ki, Avropa təmsilçisinin 31 yaşlı yarımmüdafiəçisi buna layiq olmadığını bildirib:
"Niyə "matçın oyunçusu" seçildiyimi bilmirəm. Mükəmməl oynadığımı düşünmürəm. Bəlkə də adıma görədir".
Qeyd edək ki, Belçika bu qarşılaşmada Mişi Batşuayinin qolu ilə qalib gəlib - 1:0.
0
0