De Yonq zədələndi
22.04.2024 - 13:28
De Yonq zədələndi

La Liqanın 32-ci turunda "Real" evdə "Barselona"nı qəbul edib. 

Apasport.az xəbər verir ki, qarşılaşmanın ilk hissəsində Kataloniya klubunun futbolçusu De Yonq zədələnib. Xavi Hernandes onu Pedri ilə əvəzləyib. 

İlkin məlumata görə, hollandiyalı yarımmüdafiəçi topuğundan zədələnib. 

Qeyd edək ki, Hollandiya millisində çıxış edən De Yonqun AVRO-2024-də iştirak edib etməyəcəyi bəlli deyil. 


 

 

writer photo
Əlirza Əlirzalı
0