De Zerbi üstündə "dava"
01.12.2023 - 14:27
De Zerbi üstündə "dava"

“Brayton” rəhbərliyi baş məşqçisini əlindən buraxmaq istəmir.

Apasport.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Roberto De Zerbi ilə danışıqlar aparır.

44 yaşlı italiyalının Madrid “Real”ının radarına girməsi klub rəsmilərinin narahatlığına səbəb olub. De Zerbi 2022-ci ilin sentyabrından "Brayton"a rəhbərlik edir. 

Qeyd edək ki, Avropa Liqasında iştirak edən "Brayton" hazırda 22 xalla Premyer Liqanın turnir cədvəlində səkkizinci yerdədir. 

writer photo
Əlirza Əlirzalı
0