Del Piero Ronaldonun klubunda
06.10.2023 - 11:50
Del Piero Ronaldonun klubunda

Alessandro Del Piero Səudiyyə Ərəbistanında işləyəcək.

Apasport. az xəbər verir ki, “Yuventus”un keçmiş futbolçusuna “Əl-Nəsr” klubunun idman direktoru postu təklif edilib.

Ərəblərin bu təklifinə müsbət cavab verən 48 yaşlı italyan əməkdaşlıq şərtlərini müzakirə etmək üçün Ər-Riyada gedəcək. Del Pieronun bir neçə ay əvvəl "Yuventus"a qayıtmağı planlaşdırdığı, lakin sonradan fikrini dəyişdiyi bildirilir.

Qeyd edək ki, veteran hücumçu bu günlərdə peşəkarlar üçün UEFA-nın məşqçilik kursunu bitirib. O, indi də Səudiyyə Ərəbistanında təcrübə qazanmaq niyyətindədir.

writer photo
Əlirza Əlirzalı
0