Dembelenin “Çelsi” üçün şərtləri
19.06.2022 - 23:34
Dembelenin “Çelsi” üçün şərtləri

“Barselona”nın hücumçusu Usman Dembele karyerasını “Çelsi”də davam etdirməyə razılaşıb.

Apasport.az saytının məlumatına görə, Fransa millisinin üzvünün bunun üçün müəyyən şərtləri var.

25 yaşlı oyunçu “zadəganlar”ın baş məşqçisi Tomas Tuxeldən əsas heyətin əvəzedilməz üzvü olmaq zəmanəti istəyib. O, London klubundan çox oyun keçirmək təcrübəsi tələb edib.

Qeyd edək ki, ötən mövsüm 32 oyunda 2 qol vurub, 13 məhsuldar ötürmə verən Usman Dembelenin “Barselona” ilə müqavilə müddəti bu ayın sonuna qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0