Niderlandlı futbolçu Memfis Depayın formasında soyadının yazılmamasının sirri bəlli olub.
Apasport.az saytı xəbər verir ki, bunu 29 yaşlı mərkəz hücumçusunun özü açıqlayıb.
O bildirib ki, bunun səbəbi atasına olan nifrətidir. Madrid “Atletiko”sunun futbolçusunun sözlərinə görə, 4 yaşı olduğu zaman qanalı atası onları tərk edib. Bu hadisədən sonra ailəni dolandırmağa çətinlik çəkən anası başqa birisi ilə evlənmək məcburiyyətində qalıb.
Ögey qardaş-bacıları və atalığı ilə yola getmədiyi üçün çətin uşaqlıq keçirdiyini deyən Memfis BBC-yə müsahibəsində atasını bağışlamayacağını deyib: “Atamın bizi tərk etməsindən sonra çox əzablı uşaqlıq yaşadım. Mənə və anama yaşatdıqlarına görə atamı heç bir zaman bağışlamayacam”.