Derbi yarımçıq dayandırıldı
23.10.2023 - 15:01
Derbi yarımçıq dayandırıldı

Yunanıstan çempionatının “Olimpiakos” - “Panatinaikos” qarşılaşması yarımçıq qalıb.

Apasport.az xəbər verir ki, buna 8-ci turun mərkəzi görüşündəki xoşagəlməz hadisə səbəb olub.

Qarşılaşmanın ilk hissəsinin sonlarında “Olimpiakos” azarkeşlərinin stadiona atdığı fişənglərindən biri rəqibin futbolçusu Xuan Karlosun başına tuş gəlib. 33 yaşlı ispaniyalı sol cinah oyunçusu xəstəxanaya aparılıb. Hadisədən sonra matç dayandırılıb.

Qeyd edək ki, turnir cədvəlinə 19 xala malik “Olimpiakos” başçılıq edir. 16 xalı olan “Panatiakos” 4-cü pillədə qərarlaşıb.

writer photo
Əlirza Əlirzalı
0