Sabah Türkiyə Super Liqasında növbəti İstanbul derbisi baş tutacaq.
Apasport.az xəbər verir ki, “Qalatasaray” öz meydanında “Beşiktaş”la üz-üzə gələcək.
Türkiyə nəhənglərinin derbisi öncəsi statistika açıqlanıb. Komandalar Super Liqada 131-ci dəfə görüşəcək.
İndiyədək “Cim-Bom” 48, "qara qartallar" 39 qələbə qazanıb. 43 matçda heç-heçə qeydə alınıb. Top fərqi də “sarı-qırmızılar”ın xeyrinədir – 159-139. Derbidə 298 qol vuran İstanbul klubları sabah iki dəfə fərqlənsə, 300-ə çatacaq.
Qeyd edək ki, “Beşiktaş”la “Qalatasaray”ın aprelin 30-da baş tutan son matçında “qara qartallar” 3:1 hesablı qələbə qazanıb.