Di Mariyaya iki təklif
03.06.2023 - 13:47
“Yuventus”un futbolçusu Anxel di Mariyanın karyerasını davam etdirə biləcəyi klublar bəlli olub.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi iki komandadan təklif alıb.
35 yaşlı argentinalını “Benfika” və “Qalatasaray” heyətinə qatmaq istəyir. Bu klublar yayda azad agent statusu alacaq futbolçunu pul ödəmədən ələ keçirməyi planlaşdırır.
Qeyd edək ki, yarımmüdafiəçi cari mövsümün 39 matçında 8 qol və 7 assistə imza atıb.
0
0