“Təəssüf ki, DÇ-2022-nin final oyununu canlı yayımda izləyə bilmədim”.
Apasport.az saytının məlumatına görə, bunu bədii gimnastika üzrə Rusiya yığmasının lideri Dina Averina deyib.
21 qat dünya və 10 qat Avropa çempionu, Tokio-2020-nin gümüş mükafatçısı XXI əsrin iki ən yaxşı futbolçusu arasında seçim edib. O, Lionel Messi, yoxsa Kriştiano Ronaldo sualını cavablandırıb: “Amma hamı mənə məsləhət gördü ki, oyunun təkrarını izləyim. Mən də bunu etdim. Həqiqətən də çox maraqlı idi. Öncədən Argentina və Messiyə azarkeşlik etmişəm. Onunla Kriştiano Ronaldo arasında seçim etməli olsam, argentinalıya üstünlük verərəm. O, dahi futbolçudurmu? Bəli, mənə elə gəlir ki, artıq onun bütün nailiyyətləri var”.
Qeyd edək ki, Dina həm də Avropa Oyunlarının üçqat çempionudur.