Dirk Kuyt Belçika klubunda
29.12.2023 - 13:49
Dirk Kuyt Belçika klubunda

Dirk Kuyt Belçikada işləyəcək.

Apasport.az xəbər verir ki, "Liverpul" və “Fənərbaxça”nın sabiq futbolçusu "Beerşot-Vilriyk" klubunun baş məşqçisi olub.

43 yaşlı veteran hücumçunun sükanı arxasına keçdiyi komanda Belçika çempionatının ikinci divizionunda mabarizə aparır. Son 5 oyununun 3-də qalib gələn "Beerşot-Vilriyk" 16 matçdan sonra topladığı 32 xalla turnir cədvəlinin 2-ci pilləsində yer alır.

Qeyd edək ki, Kuytla müqavilənin müddəti mövsümün sonuna qədər nəzərdə tutulub. 
 

writer photo
Əlirza Əlirzalı
0