Donnarummanın yubileyi
18.02.2024 - 15:49
Donnarummanın yubileyi

Qapıçı Canluici Donnarumma PSJ-də yubiley oyununu keçirib.

Apapsport.az xəbər verir ki, Liqa 1-in gecə saatlarında keçirilən “Nant” – PSJ qarşılaşmasnda italiyalı qolkiper 100-cü dəfə əsas heyətdə yer alıb.

24 yaşlı çərçivə qoruyucusu 2021-ci ilin iyulunda “Milan”dan Paris klubuna transfer edilib. İtaliya Millisinin əsas qapıçısının PSJ ilə müqaviləsi 2026-cı ilin yayında bitəcək.

Qeyd edək ki, “Nant” – PSJ matçı qonaq komandanın 0:2 hesablı qələbəsi ilə bitib.

writer photo
Əlirza Əlirzalı
0