Döyülən hakim "Milan"ın oyununda
05.03.2024 - 16:56
Döyülən hakim "Milan"ın oyununda

Türkiyənin FİFA lisenziyalı hakimi Halil Umut Meler UEFA Avropa Liqasına təyinat alıb. 

Apasport.az xəbər verir ki, türkiyəli ədalət qoruyucusu "Milan" - "Slaviya Praqa" matçını idarə edəcək.

Mustafa Eyisoy və Kerem Ersoy İtaliyanın Milan şəhərindəki San Siro stadionunda keçiriləcək matçda Halil Umut Melerə kömək edəcəklər. 

Qarşılaşmanın dördüncü hakimi isə Arda Kardeşlər olacaq.

Qeyd edək ki, görüş martın 8-də baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0