“Əslində, futboldan heç nə anlamıram. Amma Ronaldo haqda oxuduqlarıma əsasən, onun işinə, fiziki formasına yanaşmasını bəyənirəm”.
Apasport.az saytının məlumatına görə, bunu Rusiya millisinin və Moskva “Dinamo”sunun voleybolçusu Natalya Qonçarova deyib.
Dünya və ikiqat Avropa çempionu XXI əsrin iki ən yaxşı futbolçusu – Lionel Messi və Kriştiano Ronaldonu müqayisə edib: “O, sözün həqiqi mənasında böyük hərflərlə yazılacaq peşəkardır. Amma ümumilikdə Messi və Ronaldo rəqabətində heç birini fərqləndirməyəcəm. Qoy gözəl futbol göstərsinlər və azarkeşləri sevindirsinlər”.
Qonçarova DÇ-2022-nin 1/4 finalından sonra Ronaldonun ağlamasının səbəbini də açıqlayıb: “Portuqaliyanın Mərakeşə uduzmasından sonra ağlayan Kriştianodan fərqli olaraq adamların qarşısında emosiyalarımı göstərməməyə çalışıram. Görünür, o, daha emosionaldır. Əgər hisslərim bürüyürsə, otağıma çəkilər, üzüntümü yaşaya, ağlaya bilərəm. Ümumiyyətlə, mən ağlağan deyiləm”.