Dünya reytinqi – Azərbaycan klubları kənarda
22.07.2022 - 14:00
Dünya reytinqi – Azərbaycan klubları kənarda

“FiveThirtyEight” şirkəti klubların dünya reytinqini açıqlayıb.

Apasport.az saytının məlumatına görə, yüksək reytinqli 40 ölkənin elita təmsilçilərinin yer aldığı siyahıya “Mançester Siti” başçılıq edir.

İngiltərə klubu aktivindəki 92,3 xallıq reytinqlə zirvədədir. Onu 91,8 xalla “Bavariya” izləyir. İlk “üçlüy”ü İngiltərənin digər klubu “Liverpul” (90,5) qapayır.

Azərbaycan Premyer Liqasının düşmədiyi reytinqdə ümumilikdə 640 klub yer alıb. Türkiyənin ən reytinqli klubu olan “Fənərbaxça” 65,7 xalla 64-cü pillədə qərarlaşır. Qardaş ölkənin digər komandaları ilk “100-lüy”ə düşə bilməyib.

Ən reytinqli 10 klub:
1. “Mançester Siti” (İngiltərə) – 92,3
2. “Bavariya” (Almaniya) – 91,8
3. “Liverpul” (İngiltərə) – 90,5
4. PSJ (Fransa) – 88,7
5. “Real” (İspaniya) – 86,2
6. “Çelsi” (İngiltərə) – 85,7
7. “Ayaks” (Niderland) – 84,8
8. “Barselona” (İspaniya) – 84,4
9. “İnter” (İtaliya) – 82,2
10. “Tottenhem” (İngiltərə) – 81,9

writer photo
Əlirza Əlirzalı
0