Dzeko İngiltərəyə qayıdır
14.07.2022 - 23:39
Dzeko İngiltərəyə qayıdır

“İnter”in hücumçusu Edin Dzeko İngiltərə Premyer Liqasına qayıtmağa hazırlaşır.

Apasport.az saytının məlumatına görə, ulduz futbolçu “Everton” və “Vulverhempton”un maraq dairəsindədir.

“Neradzurra” “Yuventus”dan ayrılan Paulo Dibalanı transfer etmək üçün 36 yaşlı Dzekonu satmağa razıdır. Bosniyalı forvardın Milan klubu ilə müqaviləsi 2023-cü ilin yayına qədərdir.

Qeyd edək ki, Edin Dzeko 2011-2016-cı illərdə İngiltərədə “Mançester Siti”nin formasını geyinib.
 

writer photo
Əlirza Əlirzalı
0